5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Qazaxıstandakı iğtişaşlara görə təchizat narahatlığı birjalara çatdı – Neft bahalaşır

Həftənin cümə gününə OPEC+ alyansında olan neft istehsalçısı Qazaxıstanda etiraz aksiyaları ilə neftin təchizatda yarana biləcək narahatlıqlar fonunda Liviyada hasilatın düşməsi xəbəri neftin qiymətini bahalaşdırıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:50 radələrinə Brent markalı xam neftin London birjasında (ICE) 54 sent, yaxud 0.66% artımla 82.53 dollar/barrelə yüksəldi. WTI xam neftinin qiymət 50 sent, yaxud 0.6% artımla $79.96 dollar/barrel səviyyəsinə yüksəldi.

“Neft qiymətlərindəki yüksəliş əsasən, Qazaxıstanda iğtişaşların artması, Liviyada siyasi vəziyyətin pisləşməsinin davam etməsi və neft hasilatını dayandırması ilə əlaqədar bazarda yaranan təlaşı əks etdirir”- deyə, “Rystad Energy”nin analitiki Luis Dikson Reutersə bildirib.

QAZAXISTANDAKI HADİSƏLƏRİ BURADAN İZLƏ

Qeyd edək ki, Qazaxıstan günlük 1.6 mln. barrel neft hasil edən ölkədir.

Böyük neft hasilatçısı olan Qazaxıstanda əhali 2022-ci ilin ilk günlərində hökumətin maye qazın qiymətinin artımına kəskin etirazlar bildirmiş, bunun nəticəsində ölkədə tam olaraq fövqəladə vəziyyət elan edilib. Ölkə başçısı üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (ODKB) iğtişaşları yatırmaq üçün müraciət edib.

Brent və WTI nefti ilin əvvəlindən bu günə qədər 6% bahalaşıb. Hazırda neft qiymətləri ötən ilin noyabrın sonlarındakına qayıdıb, hansı ki həmin dövrdə Omikron ştamı ilə enerji bazarında kəskin enişlər başlamışdı.

Böyük neft hasilatçısı olan Liviya isə neft hasilatını son günlərdə ölkədəki qeyri-sabit şəraitə görə günlük ifadədə 1.3 mln. bareldən 729 min barelə qədər azaldıb.

Son xəbərlər
Oxşar xəbərlər