Bu ilin yanvar-may aylarında Qazaxıstan (“Qazaxıstan Dəmir Yolları” QSC) və Azərbaycan (“Azərbaycan Dəmir Yolları” QSC) arasında dəmir yolu daşımaları 1 milyon 388,1 min tona çatıb.
“Qazaxıstan Dəmir Yolları”nın məlumatına görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88,8 min ton və ya 4,6 dəfə (364 %) çoxdur.
Artım, əsasən taxıl daşınması (128,3 min ton və ya 6,1 dəfə çox) hesabına formalaşıb. Bununla yanaşı, iki ölkə arasında neft məhsullarının və qara metalların daşınması 884,6 min ton və ya 13,5 dəfə, kimya və soda daşınması 72,8 min ton və ya 115 % artıb. Tranzit daşımalarında ərzaq mallarının artımı 3,1 min ton və ya 2 % artıb.
Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 49,1 milyon ABŞ dolları dəyərində 146,9 min ton taxıl idxal edilib. Bu isə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə (6 300 ton) idxalın həcmi 23,3 dəfə, dəyər baxımından isə təxminən 29 dəfə çoxdur.
Qazaxıstan taxılının Azərbaycanın idxalında payı isə 41,1 % təşkil edib.