4 C
Baku
Thursday, January 8, 2026

Qazaxıstandan Azərbaycana Xəzərin dibi ilə optik kabelin çəkilişinin yekunlaşacağı tarix açıqlanıb

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin çəkilişinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bu barədə Qazaxıstan mediası Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyevə istinadən məlumat yayıb.

“Tranzit potensialının artırılması məqsədilə Xəzər dənizinin dibi ilə Azərbaycan Respublikasına qədər optik kabelin tikintisinə başlanılıb. Layihənin cari ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır”, – Madiyev qeyd edib.

Məlumata əsasən, Xəzər dənizində dəniz-geoloji və mühəndis axtarış işlərinə 2025-ci ilin avqust ayında start verilib. Çəkiləcək kabelin ümumi uzunluğu 391 kilometr olacaq. Layihə çərçivəsində yaradılacaq xəttin maksimal ötürmə qabiliyyəti isə saniyədə 400 terabit təşkil edəcək. Bu infrastruktur Orta Dəhliz üzrə rəqəmsal əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.

Son xəbərlər
Digər xəbərlər