13 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə “Kamkor Lokomotiv” müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün Qazaxıstana göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb.

Banker.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.

Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.

Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.

Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.

Qeyd olunub ki, Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.

ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.

Son xəbərlər
Digər xəbərlər