Qazaxıstan Ukraynaya hərbi texnika göndərilməsini təkzib edib
Qazaxıstan Ukraynaya hərbi texnika göndərilməsini təkzib edib
28 fevral 2023 07:43 (UTC +04:00)
Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikanın Ukraynaya göndərilməsi ilə bağlı internetdə yayılan məlumatları təkzib edib.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“Sosial şəbəkələrdə Qazaxıstan hərbi texnikasının Ukraynaya göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunlar arxiv videolarıdır. Zirehli texnikalar planlı təmirə göndərilib və hərbi texnika hazırda anbardadır”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi qeyd edib ki, 2022-ci il avqustun 27-dən silah və hərbi texnikanın ixracına qadağa qoyulub.
Bir müddət əvvəl sosial şəbəkələrdə Almatı yolları ilə zirehli texnikanın keçdiyi video yayılıb.