8 C
Baku
Monday, November 18, 2024

Qazaxıstanın ən böyük bankı “Mir” kartlarının dəstəyini dayandırıb

Qazaxıstan və Vyetnamın bir sıra bankları ABŞ Xəzinədarlığının Rusiyadan kənarda “Mir” ödəniş sistemindən istifadəyə görə sanksiyalar tətbiq etməyə hazır olduğu barədə xəbərdarlığı fonunda “Mir” kartlarının qəbulunu dayandırıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Məlumata görə, “Mir” kartları Vyetnamın “BIDV” və Qazaxıstanın “Xalyk” banklarında artıq qəbul edilmir. Buna baxmayaraq, banklar hələ də “Visa”, “Mastercard”, “Western Union”, “JCB” və “UnionPay” kartlarını dəstəkləyir.

Rusiya Mərkəzi Bankı bununla bağlı deyib ki, xarici tərəfdaşlar “Mir” kartlarının qəbulu ilə bağlı qərarı özləri verirlər. Tənzimləyici aydınlaşdırıb ki, onlar xaricdə Rusiya kartlarına xidmət coğrafiyasını genişləndirməyə davam edəcəklər.

Daha əvvəl “Mir” ödəniş sistemi ilə Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziya əməkdaşlıq edib.

Sentyabrın 19-da Türkiyənin “Is Bankasi” və “DenizBank” bankları “Mir” kartlarının dəstəyini dayandırıb. Bununla əlaqədar Rusiyadan Türkiyəyə səfər edən turistlərə özləri ilə nağd pul götürmək tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər