9 C
Baku
Monday, November 18, 2024

Qazaxıstanın Almatı şəhərində hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb

Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, – TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, – agentlik bildirib.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

“Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, – xəbərdə qeyd olunur.

Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. “Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil”, – agentliyin əməkdaşı əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər