Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır.
Bu barədə şirkətin məlumatında bildirilir.
Məlumata görə, birbaşa reyslər həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “Report”a verilən məlumata görə, hazırda “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir.