12 C
Baku
Monday, November 25, 2024

Qazaxıstanın “Bereke bank”ı “Mir” kartlarından pulun nağdlaşdırılmasını dayandırıb

Əvvəllər “Sberbank”a məxsus olan Qazaxıstanın “Bereke bank”ı ABŞ sanksiyalarına məruz qalan Rusiya banklarının “Mir” kartlarından pulun nağdlaşdırılmasını dayandırıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirilir ki, məhdudiyyətlər ABŞ-ın bloklayıcı sanksiyaları altında olan banklara şamil edilir. Bank əlavə edib ki, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan bankların kartlarından pulun nağdlaşdırılması ilə bağlı da problemlər ola bilər.

Martın 6-dan etibarən “Bereke bank” “Sberbank”ın hesablarına istənilən ödəniş və köçürmələrin qəbulunu dayandıracaq. Eyni zamanda, martın 6-dan etibarən Rusiyaya telefon nömrəsi ilə köçürmələr mümkün olmayacaq.

Xatırladaq ki, fevralın 24-də ABŞ Rusiyanın bir sıra banklarına  (“MKB”, “Uralsib”, “MTS Bank”, “Sankt-Peterburq”, “Zenit”, “Lanta-Bank”, “Metallinvestbank”, “Primorye”, “SDM Bank”, “Ural Yenidənqurma və İnkişaf Bankı”, “Levoberejni”) qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər