Qazaxıstanın “BI Group” şirkəti Füzulidə tikinti işlərinə cəlb edilib.
Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında bildirib.
“Bu bizim üçün çox önəmli hadisədir çünki dünyada tanınan böyük şirkət Azərbaycanda da fəaliyyət göstərir”, – deyə Y.Abdullayev qeyd edib.