Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır.
Bu barədə açıqlamasında Qazaxıstanın Milli Bankının nəzdində olan “Milli Ödəniş Korporasiyası” ASC-nin İdarə Heyətinin sədri Jalenov Binur deyib.
“Azərbaycan banklarının da Qazaxıstan bazarına daxil olmasını istəyərdik. Amma rəsmi olaraq hər hansı bir məlumat bizə daxil olmayıb”, – J. Binur əlavə edib.
Onun sözlərinə görə, Qazaxıstanla Azərbaycan mərkəzi bankları arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq kifayət qədər yaxşıdır: “Bu, həmçinin ödəniş sektoruna da aiddir”.