Qazaxıstanın “Kaspi” fintex xidməti Amerika Depozitar Qəbzlərinin (ADS) “Nasdaq” birjasında siyahıya alınması üçün ərizə təqdim edib. Bu barədə Reuters agentliyi şirkətin sənədlərinə istinadən məlumat yayıb.
Şirkət satmağı planlaşdırdığı səhmlərin sayını açıqlamayıb. Amma məlumdur ki, təklif qiyməti London birjasında depozitar qəbzlərin qiymətinə oxşar olacaq. Bakı vaxtı ilə saat 14:48-ə olan məlumata görə, qiymətli kağızlar bir səhm üçün 91.3 dollara satılır.
“Kaspi” Amerika birjasında listinq etməklə “daha geniş investorlar dairəsinə çatmaq” istəyir, bu barədə baş direktor Mixail Lomtadzenin IPO prospektinə göndərdiyi məktubda deyilir.
“Kaspi şirkəti Qazaxıstanda, Vyaçeslav Kim və Mixail Lomtadze tərəfindən təsis edilib. London birjasının məlumatına görə, fintexin kapitallaşması 19 milyard dollar təşkil edir.