27 C
Baku
Tuesday, May 28, 2024

Qazaxıstanın “Kaspi” fintexi IPO zamanı $1 mlrd. cəlb edib

“Kaspi.kz” fintex holdinqinin səhmdarları səhmlərin ilkin kütləvi təklifi zamanı təxminən 1 milyard dollar cəlb ediblər, Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“İnvestorlar Kaspi.kz-nin 11.3 milyon depozitar səhmini hər səhm üçün 92 dollara satıblar”, – mesajda deyilir.

Xatırladaq ki, yanvarın 17-də “Kaspi.kz” NASDAQ birjasında ABŞ-da ilkin kütləvi təklif (IPO) üçün roud-şouya start verildiyini elan edib. Bildirilib ki, fintex holdinq IPO-da 9 milyon depozitar səhmini yerləşdirməyi planlaşdırır.

“Halyk Finance” veb-saytının məlumatına görə, şirkət Qazaxıstan Respublikasında pərakəndə investorların müraciətlərini qəbul etmək səlahiyyətinə malik yeganə brokerdir.

“Kaspi.kz”nin ABŞ-da IPO keçirmək niyyəti 2023-cü ilin oktyabrında məlum olub. 2023-cü ilin dekabrında “Kaspi.kz” öz səhmlərini Amerikanın NASDAQ birjasında satmaq üçün müraciət edib.

Kaspi” şirkəti Qazaxıstanda, Vyaçeslav Kim və Mixail Lomtadze tərəfindən təsis edilib. London birjasının məlumatına görə, fintexin kapitallaşması 19 milyard dollar təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər