22 C
Baku
Tuesday, August 12, 2025

Qazaxıstanın müdafiə naziri istefa verib

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat katibi Berlik Uali bildirib.

Xatırladaq ki, avqustun 26-da Qazaxıstanın Müdafiə Nazirliyi Jambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğının baş verdiyini açıqlayıb. Verilən məlumata görə, ən azı on partlayış olub. Hadisə nəticəsində 100-ə yaxın zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 15-i ölüb.

Yermekbayev Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında baş verən partlayışlardan sonra istefa verməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər