-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstanın “Paydala” pul köçürmə xidməti Rusiya bankları ilə işi dayandırıb

Qazaxıstanın pul köçürmələri provayderi “Paydala” Rusiya bankları ilə işi dayandırıb. Bu barədə “MarketOverview” adlı “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, daha öncə “Paydala” platforması Rusiyanın “Tinkoff Bank”, “MTS Bank”, “Poçta Bank” bankları, o cümlədən “Qiwi” xidməti ilə əməkdaşlıq edib. Bu sistem vasitəsilə köçürmələr 6.5% komissiya ilə Rusiya Mərkəzi Bankının məzənnəsi ilə rublla həyata keçirilib.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Çərşənbə günü, dekabrın 21-də “Paydala” vasitəsilə köçürmələr dayandırılıb. Belə ki, “Tinkoff Bank”ın mobil proqramında bu platforma vasitəsilə köçürmələrin mümkünlüyü günortadan sonra itib və kredit təşkilatının dəstəyi bu provayder vasitəsilə köçürmələrin mümkün olmadığını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər