15 C
Baku
Saturday, November 2, 2024

Qazaxıstanın qızıl-valyuta ehtiyatları azalıb

Qazaxıstanın məcmu qızıl-valyuta ehtiyatları 2016-cı il ərzində 584 mln. ABŞ dolları və ya 0,6% azalaraq 90,8 mlrd. dollar təşkil edib. 

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Daniyar Akişev məlumat verib.

Xatırladaq ki, Qazaxıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 2017-ci il yanvarın 1-ə illik müqayisədə 1,9 mlrd. və ya 6,8% artaraq 29,8 mlrd. dollar, Milli Fondun aktivləri isə 25 mlrd. dollar və ya 3,9% azalaraq 61 mlrd. dollar təşkil edib. Beləliklə, Qazaxıstanın qızıl-valyuta ehtiyatları ÜDM-in 68%-nə bərabər olub.

D.Akişevin sözlərinə görə, Mərkəzi Bankın ehtiyatlarının artmasına səbəb onun milli valyuta – tengenin qiymətinin formalaşmasına mane olmaması və valyuta intervensiyalarına yol verməməsi olub.

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Bankı 2016-cı il sentyabr ayından etibarən valyuta bazarına birbaşa müdaxilə etmir. Neft qiymətlərinin ucuzlaşmağa başladığı 2014-cü ildən etibarən ABŞ dollarının məzənnəsi 3 dəfəyə yaxın artıb və 120 KZT/USD-dən 390 KZT/USD-yə qədər yüksəldikdən sonra hazırda 331 tengeyə enib.

Son xəbərlər
Digər xəbərlər