13 C
Baku
Sunday, November 27, 2022

Qazaxıstanın Rusiya ilə sərhədyanı bölgələrində daşınmaz əmlakın kirayə qiyməti artıb

Qazaxıstanın Rusiya ilə sərhədyanı bölgələrində daşınmaz əmlakın kirayə qiyməti 15-34 faiz arasında artıb.

Məlumatı daşınmaz əmlak üzrə ixtisaslaşan Qazaxıstanın “Krışa” saytı yayıb.

Bildirilib ki, Qazaxıstanın Uralsk, Aktobe, Kostanay, Petropavlovsk, Pavlodar şəhərlərində kirayə evlərə tələbat daha çoxdur. Aktobe və Uralskda sentyabrın 19-25-də kirayə haqqı bir həftə əvvəl müqayisədə orta hesabla 34 faiz, Kostanayda 25 faiz, Pavlodarda 19 faiz, Petropavlovskda isə, təxminən, 15 faiz artıb.

Bir müddət əvvəl Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Taçara Duysenova bu ilin əvvəlində Rusiyadan Qazaxıstana 262 min nəfərin səfər etdiyini, onların 6 518 nəfəri səfərin məqsədinin məşğulluqla bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə qismən səfərbərlik elan etdikdən sonra viza ləğv olunmayan ölkələrə federasiyadan axın artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X