13 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstanın yeni Baş naziri təyin edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun Baş nazir postuna təyin edilməsini təklif edib. Qazaxıstan parlamenti onun namizədliyini təsdiqləyib. Cənab Tokayev yeni Baş nazirin təyin edilməsi haqqında fərman imzalayıb, sənəd prezidentin saytında dərc olunub.

43 yaşlı cənab Bektenovun Baş nazir postuna namizədliyi hakim “Əmanət” partiyası tərəfindən prezidentə təklif olunub. Oljas Bektenov 2023-cü ilin aprelindən prezident administrasiyasına rəhbərlik edir, bundan əvvəl Ədliyyə Nazirliyində işləyib və korrupsiyaya qarşı mübarizə idarəsinə rəhbərlik edib.

Dünən, fevralın 5-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əlixan Smailovun rəhbərlik etdiyi hökuməti istefaya göndərib. O, 2022-ci il yanvarın 11-dən Baş nazir vəzifəsini icra edir. Nazirlər yeni hökumət təsdiq olunana qədər öz vəzifələrini icra edəcəklər.

Son xəbərlər
Digər xəbərlər