Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri – Baş nazirin müavini olub.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
“S.Jumanqarinin namizədliyi Qazaxıstan Məclisinin İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin iclasında razılaşdırılıb”, – Məclisin məlumatında bildirilib.
Qeyd edək ki, S.Jumanqarin bundan əvvəl Qazaxıstan Baş nazirinin müavini vəzifəsində çalışıb.