10 C
Baku
Sunday, May 19, 2024

Qazaxıstanla Azərbaycan arasında 55 mln. dollarlıq ixrac müqaviləsi imzalanıb

Aprelin 5-də Bakıda keçirilən ticarət-iqtisadi missiya zamanı Qazaxıstan və Azərbaycanın biznes liderləri arasında akkumulyatorlar, sac polad və ərzaq məhsullarının tədarükü ilə bağlı 55 milyon ABŞ dolları dəyərində ixrac müqavilələri imzalanıb.

Bu barədə QazTrade Ticarət Siyasətinin İnkişafı Mərkəzindən bildirilib. Tədbirdə qida istehsalı, metallurgiya və metal emalı, informasiya texnologiyaları xidmətləri, kimya, tikinti və maşınqayırma sənayesində fəaliyyət göstərən 20-dən çox Qazaxıstan şirkəti və 100-dən çox Azərbaycan sahibkarı iştirak edib. Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevin sözlərinə görə, B2B formatında keçirilən görüşlər ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığı gücləndirir.

“Qazaxıstanlı sahibkarlar Azərbaycan bazarına maraq göstərirlər. Lakin bizim qarşılıqlı ticarət potensialımızın yarısını belə istifadə etməmişik. Hər iki ölkənin bazarlarında əməkdaşlığa qarşılıqlı tələbat var. Biz üçüncü ölkələrin bazarlarını inkişaf etdirə bilərik. Üstəlik, ərazilərimizdən mühüm beynəlxalq nəqliyyat dəhlizləri keçir”, – deyə Torebayev bildirib.

Qeyd edək ki, ötən il ikitərəfli ticarət dövriyyəsi 461.9 milyon dollara çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə (332.2 milyon dollar) 39 faiz çoxdur. Hesabat dövründə Qazaxıstanın Azərbaycana ixracı xam neft, buğda, neft məhsulları, relslər, yük, sərnişin gəmiləri və bərə tədarükünün artımı hesabına 30.4 faiz artaraq 375.3 milyon dollara çatıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər