Bu gün Azərbaycan – Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın XVIII iclası baş tutub. İclasdan əvvəl həmsədr, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla Azərbaycanın energetika naziri Pərviz Şahbazov görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə və iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Banker.az xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Hökumətlərarası Komissiyanın XVIII iclasında isə iki ölkə arasında iqtisadiyyat, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, mədəniyyət, idman, turizm, səhiyyə, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilir.
Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında ticarət əlaqələri dinamik inkişaf edir. Cari ilin ilk dörd ayında ticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib.