18 C
Baku
Wednesday, November 12, 2025

Qazaxıstanlı turistlərin Azərbycana axını yüksəlir

2025-ci ilin ilk 9 ayında Azərbaycana gələn Mərkəzi Asiya ölkələri turistlərinin sayı artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə regiondan ümumilikdə 116 933 nəfər turist gəlib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% artım deməkdir. 2024-cü ildə 110 651 nəfər turist gəlmişdi.

Lakin xərclər azalaraq 128,4 milyon manatdan 123,4 milyon manata düşüb. Yəni, xərclərdə 3,9% azalma qeydə alınıb.

Beləliklə, Mərkəzi Asiyadan gələn turistlərin sayı artsa da, adambaşına xərcləri azalıb — 2024-cü ildə orta göstərici 1 160 manat idisə, 2025-ci ildə bu rəqəm 1 055 manat olub.

Ən çox turist göndərən ölkələr Qazaxıstan (64 393 nəfər) və Özbəkistan (26 836 nəfər) olub.

Ən çox xərcləyənlər sırasında yenə Qazaxıstan turistləri (80 milyon manat) qalır.

2342

Son xəbərlər
Digər xəbərlər