29 C
Baku
Sunday, June 26, 2022

Qazla işləyən avtobusların idxalı ƏDV-dən azad edilir

Azərbaycana sıxılmış qazla (CNG) işləyən avtobusların idxalı 2020-ci ildən sonra 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC-nin avtobusları da sıxılmış qazla işləyir. Bu il martın 8-dən isə məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

©Report.az

Son xəbərlər
Oxşar xəbərlər