12 C
Baku
Saturday, November 23, 2024

“Qazprom” 12 Aİ ölkəsinə qaz nəqlini azaldıb

Avropa Komissiyası (AK) sədrinin birinci müavini Frans Timmermans bildirib ki, Avropa İttifaqının 12 dövləti Rusiyadan qaz nəqlinin azalması ilə üzləşib. Eyni zamanda, bu il Avropanın qaz anbarları 50%-dən çox dolub ki, bu da əvvəlki illərin göstəricilərini üstələyir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Ümumilikdə, 12 ölkə Rusiya qazının tədarükünün azalmasından təsirlənir, 10 ölkə qaz təchizatının təhlükəsizliyinə dair qanunvericiliyin bir hissəsi kimi erkən xəbərdarlıq edib. Təchizatın kəsilməsi riski bu gün realdır”, – deyə Timmermans söyləyib.

Bundan əvvəl “Qazprom”un rəhbəri Aleksey Miller Rusiyadan Avropaya qaz ixracının həcminin bir neçə on faiz azaldığını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər