8 C
Baku
Bazar, Yanvar 23, 2022

“Qazprom” 2021-ci ildə rekord miqdarda qaz hasil edib

“Qazprom” 2021-ci ildə 514,8 milyard kubmetr qaz hasil edib ki, bu da son 13 ildə ən yaxşı nəticədir.

Bunu “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller deyib.

Onun sözlərinə görə, Rusiyanın digər ölkələrə təbii qaz ixracının həcmi 185,1 milyard kubmetr təşkil edib.

“Şirkətin 2021-ci il üçün gördüyü işlərin yekunlarına dair operativ məlumatlar əldə edilib. Ötən ilin nəticəsi şirkətin tarixi rekordları arasında dördüncü sıranı tutub. Qeyd etmək istərdim ki, 15 ölkə Rusiyadan qazının alışını artırıb. Ən böyük artımı onun ən böyük istehlakçıları – Almaniya (+ 10,5%), Türkiyə (+ 63%), İtaliyadır (+ 20,3%)”, – Aleksey Miller əlavə edib.

 

 

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər