Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Qazprom Ermənistan” QSC-nin (Rusiyanın “Qazprom” ASC-nin törəmə şirkəti) 2026-2030-cu illər üçün investisiya proqramını təsdiqləyib.
Bu dövrdə investisiyalar təxminən 150,35 milyard dram (təxminən 394 milyon dollar) təşkil edəcək.
İnvestisiya proqramının əsas istiqamətlərinə Abovyan yeraltı qaz anbarı stansiyasının genişləndirilməsi; qaz nəqli sisteminin genişləndirilməsi, bərpası və yenidən qurulması; yeni abonentlərin qoşulması; İrəvanın qaz təchizatı sistemində yeni tutumların təmin edilməsi daxildir.








