Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın “Qazprom” şirkətinin boru kəmərləri ilə təbii qazın ixracından əldə etdiyi gəlirləri illik müqayisədə iki dəfə artaraq 33,26 mlrd. ABŞ dollarına çatıb.
Bu barədə Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verilir.
Məlumata görə, yanvar-sentyabrda qaz ixracının fiziki həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 156,8 mlrd. kubmetrə çatıb.
Qeyd edək ki, “Qazprom” Avropanın əsas qaz ixracatçılarından biridir.