13 C
Baku
Saturday, November 23, 2024

“Qazprom”: Avropa ölkələri qlobal LNG bazarında sabitliyi pozub

Avropa ölkələri qlobal mayeləşdırılmış təbii qaz (LNG) bazarında sabitliyi pozub və qlobal miqyasda enerji təhlükəsizliyini azaldıb.

Bu barədə Rusiyanın “Qazprom” şirkətinin rəsmi məlumatında bildirilir.

“Qlobal LNG sənayesi Avropada tələbatın artması ilə əlaqədar əhəmiyyətli dəyişikliklərə məruz qalıb ki, bu da bazarın qeyri-sabitləşməsinə və qaz qiymətlərinin artmasına səbəb olub. Beləliklə, 2022-ci ildə uzun müddət ərzində ilk dəfə olaraq Asiya qiymətlərinə nisbətən əhəmiyyətli bir Avropa mükafatı (qiymət üstünlüyü – red.) müşahidə edildi. Bu şərtlər daxilində bəzi təchizatçılar uzunmüddətli müqavilələr üzrə öhdəliklərini pozaraq LNG tankerlərini Avropaya yönləndiriblər ki, bu da Asiya-Sakit okean regionunun bir sıra ölkələrində böhranlara səbəb olub”, – məlumatda qeyd olunub.

Məlumata görə, dünyada qazın rekord qiymətləri yeni LNG tutumlarına dair yekun investisiya qərarlarının sayının artmasına səbəb olmayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər