10 C
Baku
Thursday, December 12, 2024

“Qazprom” Avropa ölkələrinə qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Rusiyanın “Qazprom” şirkəti uzaq xarici ölkələrə 115,3 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,7 mlrd. kubmetr və ya 23,2% çoxdur (tarixi maksimum 2018-ci ilin yeddi ayında 117,1 mlrd. kubmetr təşkil edib).

Bu barədə Rusiya mətbuatı “Qazprom”a istinadən xəbər verir.

Məlumata görə, cari ilin yanvar-iyul aylarında şirkət 298,2 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 46,4 mlrd. kubmetr və 18,4% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+42,2%), Türkiyə (+203,9%), İtaliya (+16,2%), Fransa (+6%), Serbiya (+118,1%), Rumıniya (+318,3), Polşa (+14,6) və Yunanıstan (+18,8%) və Bolqarıstan (+47%) hesabına artıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər