11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Qazprom” Avropaya qazın nəqli ilə bağlı Türkiyə ilə danışıqlar aparır

“Qazprom” türk ortaqları ilə “Türk axını” ixrac qaz kəmərinin Avropa bazarına qazın tədarükü üçün nə dərəcədə istifadə edilə biləcəyini müzakirə edir.

Bu barədə “Qazprom Export”un baş direktoru Yelena Burmistrova deyib.

“İndi Türkiyədəki həmkarlarımızla bu mövzuda danışıqlar aparırıq”, – deyə Y. Burmistrova qeyd edib.

“Türk axını” kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edəcək.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər