25 C
Baku
Saturday, July 27, 2024

“Qazprom” Avropaya tədarük üzrə fors-major elan edib

Rusiyanın enerji şirkəti “Qazprom” Almaniyanın “Uniper” və “RWE” enerji şirkətlərinə “ondan asılı olmayan fövqəladə hallar” səbəbindən qaz tədarükünə zəmanət verə bilməyəcəyi barədə xəbərdarlıq edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, “Qazprom”un məktubu iyulun 14-də göndərilib, mətndə fors-major halının başa çatması üçün son tarix göstərilməyib.

“RWE” təfərrüatları və hüquqi mövqeyini şərh etməkdən imtina edib. Almaniyanın Rusiya qazının ən böyük idxalçısı “Uniper”, “Qazprom”un izahatını əsassız hesab edib və fors-major iddiasını rəsmi olaraq rədd edib.

Bildirilir ki, bu, “Şimal axını” qaz kəməri ilə enerji ixracı ilə bağlıdır. İyulun 11-dən iyulun 21-dək Rusiya qazının Avropaya nəqli üçün əsas kanal planlı təmir üçün tamamilə dayandırılıb.

Avropa İttifaqının səlahiyyətliləri Rusiyadan qaz nəqlinin tam dayandırılmasını istisna etmirlər, çünki “Şimal axını” ilə tədarükün azalmasının səbəbinin texniki xarakter kəsb etdiyinə inanmırlar.

Son xəbərlər
Digər xəbərlər