“Qazprom” Azərbaycana təbii qaz tədarük etməyə başlayıb. Trend-in “Qazprom”a istinadən verdiyi məlumata görə, hazırda tədarüklərin orta sutkalıq həcmi təqribən 6 milyon kubmetr təşkil edir.
Qaz tədarükünə sentyabrın 29-da başlanıb.
Tədarüklər cari ilin sentyabrında uzatma imkanı ilə 5 il müddətinə bağlanmış alqı-satqı müqaviləsinə uyğun həyata keçirilir. Müqavilə Azərbaycana ildə 2 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur.
“Qazprom”un məlumatında deyilir: “Rusiya qazının idxalı iqtisadiyyatın və daxili tələbatın artması ilə əlaqədar Azərbaycanın bu enerjidaşıyıcıya olan əlavə tələbatlarını ödəməyə imkan verəcək”.