Rusiyanın “Qazprom” şirkəti yanvar-avqust aylarında 288.1 milyard kub metr qaz hasil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% azdır.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, uzaq xaricə qaz satışı da 37.4% azalaraq 82.2 milyard kub metr təşkil edib.
Bununla belə, holdinqin sutkalıq qaz ixracı avqustda 8% artaraq 222.6 milyon kub metr olub. Daxili bazarda isə son 8 ayda tələbat 2.9% azalaraq 4.7 milyard milyard kub metrə enib.
Son aylarda Çinə ixracda artım müşahidə olunur.