15 C
Baku
Saturday, April 27, 2024

“Qazprom” ilin əvvəlindən qaz ixracını kəskin artırıb

Bu ilin 1-15 yanvar tarixlərində Rusiyanın “Qazprom” şirkəti uzaq xarici ölkələrə 9,1 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur.

Bu barədə Rusiya mətbuatı “Qazprom”a istinadən xəbər verir.

Məlumata görə, qaz alışı xüsusən Almaniya (32,1%), İtaliya (139,7%), Türkiyə (8,7%), Avstriya (11,7%), Fransa (% 51,6), Niderland (21,2%), Polşa (62,6%) və Macarıstan (298,4%) kimi iri Rusiya “mavi yanacağ”ın istehlakçıları tərəfindən artırılıb.

Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə gərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər