Moldova hökuməti “Qazprom”dan noyabrın 24-dən qaz tədarükünü dayandırmamağı xahiş edib.
Bunu “Qazprom”un sözçüsü Sergey Kupriyanov bildirib.
Hökumət bunun üçün pulu noyabrın 26-da ödəyəcəyini vəd edib.
“Moldova hökuməti “Qazprom”dan bu gündən qaz tədarükünü dayandırmamağı xahiş edib. Cari ödənişləri bu il noyabrın 26-da tam şəkildə həyata keçirməyi öhdəsinə götürür. “Qazprom” Moldova vətəndaşlarının düşə biləcəyi çətin vəziyyətə xoş niyyət və anlayış göstərərək, bu xahişlə razılaşıb”, – deyə Kupriyanov bildirib.
O qeyd edib ki, “Qazprom” Moldovanın gələcəkdə müqavilə öhdəliklərini mütləq yerinə yetirəcəyinə və cari ödənişlərin vaxtında ödənilməsinə əmindir.