23 C
Baku
Monday, April 15, 2024

“Qazprom” Moldovanın borcu ilə bağlı mübahisəni həll etməkdən imtina edib

“Qazprom” Moldovanın borcu ilə bağlı mübahisəni həll etməkdən imtina edib.

Konsernin mətbuat xidməti bəyan edib ki, Kişinyov tərəfindən aparılan audit 709 milyon dollar məbləğində borcun həcminə və etibarlılığına təsir göstərə bilməyəcək.

Səbəb isə yoxlamanın tərəflər arasında razılaşmaların pozulması ilə aparılmasıdır.

Qeyd olunur ki, “Qazprom” və ölkənin hakimiyyət orqanları arasında müqavilədə nəzərdə tutulduğu kimi, auditorların rəyi “Moldovaqaz”ın müşahidə şurası tərəfindən təsdiq edilməyib.

Sentyabrın 3-də respublika prezidenti Maia Sandu bəyan edib ki, xarici şirkət tərəfindən aparılan auditin nəticələrinə görə, “Qazprom”a 800 milyon dollarlıq borc aşkarlanmayıb. Onun sözlərinə görə, Moskva “Kişinovu aldatmaq istəyirdi”. Bir neçə gün sonra ölkənin energetika naziri Viktor Parlikov Rusiya holdinqinə məbləğin 1%-i – 8,6 milyon dollar məbləğində borc mübahisəsini həll etməyi təklif edib.

Son xəbərlər
Digər xəbərlər