“Qazprom” Moldovaya qaz tədarükünü 50 faiz kəsib”.
Bunu Moldova Prezidenti Maya Sandu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bununla bağlı Moldova tərəfinə hər hansı izah və ya səbəb göstərilməyib: “Biz bilirik ki, bu kommersiya ilə bağlı qərar deyil, siyasi qərardır. Çünki qiymətlərin yüksək olmasına baxmayaraq Moldova bunu ödəyirdi”.