6 C
Baku
Sunday, December 15, 2024

“Qazprom” qaz hasilatını 17%-dən çox azaldıb

Bu ilin ilk doqquz ayında Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını 17.1% azaldaraq, 313.3 mlrd. kubmetrə endirib.

Bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

“İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında “Qazprom” 313.3 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 17.1% (64,8mlrd. kubmetr) azdır”, – paylaşımda bildirilir.

Qeyd edilir ki, “Qazprom” 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62.2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər