9 C
Baku
Friday, November 15, 2024

“Qazprom”: Qlobal qaz tələbatı azalıb

Bu ilin yanvar-avqust aylarında qlobal qaz tələbatı 40 milyard kubmetr azalıb.

Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, bu azalmanın 30 mlrd. kubmetrə yaxını Avropa İttifaqının 27-i ölkəsinin payına düşüb, bu da yanvar-avqust ayları üzrə qlobal azalmanın 73%-dir. Böyük Britaniya ilə birlikdə isə bu göstərici 85%-ə çatır.

Aleksey Miller qeyd edib ki, əməliyyat məlumatlarına görə, “Qazprom” bu il artıq 288,1 mlrd. kubmetr qaz hasil edib. Daxili bazara 154,7 mlrd. kubmetr, uzaq xaric ölkələrinə isə 82,2 mlrd. kubmetr qaz tədarük edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər