“Qazprom” rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Qazprom”un Telegram kanalında məlumat verilib.
Bildirilib ki, danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.
“Görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivi müzakirə edilib”, – qeyd olunub.