“Qazprom” Başqırdıstanın Salavat şəhərindəki ən böyük neft-kimya müəssisəsini “Rosxim” holdinqinə satır.
Bu barədə “İzvestiya” yazıb.
Bildirilir ki, müqavilənin məbləği 250-270 milyard rubl təşkil edir. Şirkətlər 2025-ci ilin sonunadək sövdələşmə imzalamağı planlaşdırırlar.
“Qazprom” da, “Rosxim” də məsələyə aydınlıq gətirməkdən imtina ediblər.
Qeyd edilir ki, sözügedən müəssisə 1948-ci ildə təsis edilib.







