“Qazprom” Türkiyənin qaz bazarında sentyabrda liderliyini qaytarıb

Rusiyanın “Qazprom” şirkəti 2020-ci ilin sentyabr ayı ərzində Türkiyəyə ilin əvvəlindən maksimum həcmdə – 1,9 mlrd. kubmetr qaz nəql edərək, Almaniyadan sonra ən vacib saydığı Türkiyə bazarında üstünlüyünü tədricən geri qaytarıb.

“Qazprom” şirkətinin hesabatına görə, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 2 dəfəyə yaxın artıb. İlin əvvəlində “Qazprom” Türkiyənin qaz bazarında mövqeyini itirmişdi, buna səbəb isə Azərbaycan qazının Türkiyəyə nəqli göstərilirdi.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində Türkiyənin əsas qaz ixracatçısı Azərbaycan olub. Bundan əlavə, həmin dövrdə Qətər, Əlcəzair və ABŞ-dan da ölkəyə mayeləşdirilmiş qazın tədarükü artmışdı.

Rusiyanın “Vedomosti” qəzetinin məlumatıma görə, Rusiyadan Türkiyəyə qaz tədarükünün azalmasının əsas səbəbi qiymətin nisbətən yüksək olmasıdır: “2020-ci ilin ilk yarısında Rusiya qazının qiyməti Türkiyənin xarici mayeləşdirilmiş qaz bazarından spot şərtləri ilə aldığı qiymətlərdən üç dəfə yüksək idi”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər