“Qazprom” Ukrayna vasitəsilə qaz nəqlini ştat rejimində həyata keçirir

Rusiyanın “Qazprom” şirkəti Avropaya Ukrayna vasitəsilə qaz nəqlini ştat rejimində davam etdirir.

Bu barədə şirkətdən bildirilib.

“Martın 20-də Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəqli avropalı istehlakçıların sifarişlərinə uyğun olaraq, 106,6 milyon kubmetr təşkil edib”, – məlumatda deyilir.

Xatırladaq ki, bu, uzunmüddətli müqavilə əsasında bron edilmiş həcmə (gündəlik, təxminən, 109,5 milyon kubmetr) yaxındır.  “Qazprom”un 2022-ci il üçün Ukrayna qarşısında tranzit üzrə müqavilə öhdəliyi 40 milyard kubmetr təşkil edir.

Son xəbərlər
Digər xəbərlər