Rusiyanın “Qazprom” şirkəti 2022-ci ildə 412,6 mlrd. kubmetr qaz istehsal edib, bu da illik müqayisədə 20% azdır.
Bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.
Onun sözlərinə görə, ötən il şirkət uzaq xaricə 100,9 mlrd. kubmetr qaz ixrac edib (45,5% azalma).
Aleksey Miller onu da əlavə edib ki, 2022-ci ildə “Qazprom” Rusiya istehlakçılarına ötürücü sistem vasitəsi ilə 243 mlrd. kubmetr qaz tədarük edib.