6 C
Baku
Saturday, December 3, 2022

“Qazprombank”: “AMB pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasiləni uzadacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyulun 29-u keçiriləcək iclasında pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasilə uzadılacaq və təkrar maliyyələşmə dərəcəsi 7.75% səviyyəsində saxlanılacaq.

Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB-nin baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.

O, bu qərarın lehinə olan aşağıdakı dəlilləri göstərib:

– milli valyutada depozitlərin sabit dinamikası və dollarlaşma səviyyəsi;

– qeyri-monetar antiinflyasiya tədbirləri hesabına istehlak qiymətlərinin artımının sabitləşmə əlamətləri;

– daxili valyuta bazarında sabit vəziyyət.

“AMB-nin apreldə keçirilmiş və təkrar maliyyələşmə dərəcəsinin 7.75% səviyyəsində saxlanıldığı əvvəlki iclasdan sonra risklər balansında ciddi dəyişikliklər baş verməyib və o, əvvəlki kimi inflyasiyanın sürətlənməsi istiqamətində hərəkət edib. İyun ayında istehlak qiymətlərinin indeksi AMB-nin hədəf diapazonunun xaricində qalaraq (4%+/-2 faiz bəndi) yuxarı həddi 820 baza bəndi, təkrar maliyyələşmə səviyyəsini 645 baza bəndi üstələyib. AMB-nin iyun iclasında bildirilmişdi ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi artmaqda olsa da, cari əməliyyat hesabının müsbət saldosu və nominal valyuta məzənnəsinin artması idxal edilən inflyasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Faiz dərəcəsində əvvəlki artımlar, manatın mübadilə məzənnəsinin sabitliyi və hökumətin həyata keçirdiyi qeyri-monetar antiinflyasiya tədbirləri inflyasiya risklərinin qarşısını alır”, – “Qazprombank”ın iqtisadçısı deyib.

Aşağıda təkrar maliyyələşmə dərəcəsinin dəyişdirilməməsi haqqında qərarın lehinə olan dəlilləri daha ətraflı təqdim edirik.

Onun fikrincə, mənfi real dərəcəyə baxmayaraq, dollarlaşmanın əhəmiyyətli artım əlamətləri müşahidə olunmur, manatda saxlanılan depozitlərin dinamikası isə sabit olaraq qalır. AMB-nin məlumatlarına görə, may ayında əhalinin milli valyutadakı əmanətləri bir qədər (-1.9% ay/aya) azalıb, lakin ilin əvvəlindən 14.2%, yaxud 31.4% il/ilə artıb.

“Yüksək xarici risklərə baxmayaraq, pərakəndə depozitlərin dollarlaşması may ayında bir qədər artıb (41.2%-dək), lakin mart ayında qeydə alınmış maksimumdan 1.1 faiz bəndi aşağı olub.

Xatırladım ki, aparıcı reytinq agentlikləri depozitlərin dollarlaşmasını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi göstərir. Buna görə də, hesab edirik ki, dollarlaşmanın aşkar yüksəliş trendinin olmaması AMB-yə faiz dərəcələrinin artırılması ilə bağlı fasiləni uzatmağa və hökumətlə birlikdə qeyri-monetar antiinflyasiya tədbirlərinə köklənməyə imkan verir”, – o deyib.

G.Xaydarşinanın sözlərinə görə, manatda depozitlərin müsbət dinamikası fonunda faiz dərəcəsinin olduğu kimi saxlanması haqqında qərar və dollarlaşmanın kəskin artımı ilə bağlı tendensiyanın olmaması Azərbaycanın suveren reytinqlərinə və avroistiqrazlarına təzyiq göstərməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X