15 C
Baku
Friday, March 29, 2024

“Qazprombank” Azərbaycanda SOCAR-ın layihəsinə 700 milyon dollar ayıra bilər

Rusiyanın “Qazprombank”ı Azərbaycanda “SOCAR GPC” yeni qaz emalı və polimer kompleksinin tikinti layihəsinin maliyyələşdirilməs məsələsinə dair ixrac-idxal agentlikləri ilə danışıqlar aparır. Bank layihənin reallaşdırılmasına $700 mln.-a qədər vəsait ayırmağa hazırdır. Bunu “Qazprombank”ın Layihə və struktur maliyyələşdirmə departamentin müdir müavini – Neft-qaz emalı, kimya və mineral gübrələr idarəsinin rəhbəri Vyaçeslav Oxotin deyib.

“Biz artıq neçə ildir GPC layihəsinin maliyyə məsləhətçisi qismində çıxış edirik. Cari ildən etibarən biz həmçinin bu layihənin potensial kreditorları olduq. Hesab edirik ki, onun reallaşdırılması üçün ixrac-idxal agentlikləri cəlb etmək lazımdır. Hazırda onların bir neçəsi ilə danışıqlar aparırıq”, – Oxotin  bildirib.

O, bankın GPC kompleksinin tikinti layihəsinin maliyyələşdirilməsinin təşkili məqsədilə danışıqlar apardığı agentliyin adını qeyd etməyib.

Həmçinin, Oxotin məlumat verib ki, bu layihınin reallaşdırılmasına “Qazprombank” $700 mln.-a qədər vəsait təqdim etməyə hazırıdır.

Xəbər verildiyi kimi, SOCAR şirkəti (ARDNŞ) “SOCAR GPC” yeni qaz emalı və polimer kompleksinin fəaliyyətindən illik $1 mlrd. həcmində gəlir əldə etməyi ümid edir.

2019-cu ilin IV rübündə SOCAR GPC kompleksinin tikinti layihsəi üzrə yekun maliyyə qərarı qəbul etməyi planlaşdırır.

Obyektin tikintisi 2020-ci ilin birinci rübündə başlanacaq ki, 2023-cü ilin üçüncü rübündə bu müəssisədə hazır məhsulların istahsalına başlanılsın.

Kompleksin tikintisi üçün Səngəçal qəsəbəsi yaxınlığında 305 ha ərazi seçilib və 250 ha tikinti işləri üçün nəzərdə tutulub.

Yeni kompleksin illik gücü 9,1 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin və 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen istehsal olunacaq.

Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır.

Şirkət yeni müəssisənin inşasında “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin ən qabaqcıl texnologiyalarından istifadə edəcək.

Qaz Emalı Zavodunun illik gücü təxminən 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub.

Layihənin dəyəri təxminən $4,2 mlrd. təşkil edir.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər