4 C
Baku
Sunday, March 3, 2024

“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında 8.5 dəfə azalıb

“Qazprom”un şirkətin səhmdarlarına aid olan xalis mənfəəti, beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) əsasən, ilin birinci yarısında bir il əvvəlki 2,5 trilyon rubla qarşı 296,2 milyard rubl təşkil edib.

Bu barədə “Qazprom”un idarə heyətinin üzvü Famil Sadıqov açıqlayıb.

Holdinqin rəhbərinin müavini Famil Sadıqovun sözlərinə görə, şirkətdə xalis mənfəətin azalması əsasən hesabat dövründə rublun dollara nisbətdə 24 % və avroya nisbətdə 26 % ucuzlaşması fonunda 567 milyard rubl dəyərində məzənnə fərqlərinin maliyyə maddələrinə təsiri ilə bağlı olub.

“Qazprom”un gəliri 4,11 trilyon rubl təşkil edib. İlin birinci yarısında şirkətin satışdan əldə etdiyi mənfəət 3,5 dəfə – 744,78 milyard rubla qədər azalıb, bir il əvvəlki 3,24 trilyon rubla qarşı isə vergilərdən əvvəlki mənfəəti 360,6 milyard rubl təşkil edib. “Qazprom” Qrupunun ilin birinci yarısında EBITDA-sı 1,228 trilyon rubl, EBITDA marjası 30 % təşkil edib.

F. Sadıqov diqqətə çatdırıb ki, şirkətin likvidlik ehtiyatı 1,1 trilyon rubldan çoxdur ki, bu da qısamüddətli borc öhdəliklərini üstələyir.

Son xəbərlər
Digər xəbərlər