QDTİB Azərbaycan üzrə portfelini 123 mln. avroya çatdırıb

“Ötən il Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda ümumi dəyəri 70 mln. avro olan üç yeni layihə imzalayaraq ölkə üzrə portfelini 123 mln. avroya çatdırıb”. Bu barədə bankdan bildirilib.

Bankda qeyd ediblər ki, bu məbləğə “SOCAR AQS” şirkəti üçün 20 mln. avro dəyərində kredit xəttindən başqa (material və istehsal avadanlıqlarının alınması üçün), SOCAR-la Türkiyədəki “Star” neft emalı zavodu üçün Rusiya neftinin alınması üçün 45 mln. avroluq kredit müqaviləsi və “Turan Bank”a kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün ayrılmış 5 mln. avro dəyərində kredit xətti daxildir.

Qeyd edək ki, ötən ilin sentyabr ayında bankın Azərbaycan üzrə portfeli 100 mln. avrodan bir qədər çox təşkil edib.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları