9 C
Baku
Friday, December 13, 2024

Qeydiyyat nişanının dəyişdirilməsinin 50 yoxsa, 30 manat olduğu dəqiqləşdi – VİDEO

Avtomobillərin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsinin 30 manatdan çox olduğu barədə xəbərlər yayılıb.

Banker.az Xezerxeber.az-a istinadən  xəbər verir ki, dövlət rüsumu 30 manat olduğu halda, sürücülər 50 manat verdiklərini iddia edirlər.

Söhbət avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsinin rüsumundan gedir.

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıldı və xeyli də müzakirələrə səbəb oldu. Hətta sürücülər arasında çaşqınlıq yarandı.

“Dövlət rüsumu 30 manat olduğu halda niyə sürücülərdən artıq ödəniş tələb edilir?”

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə Şöbəsinin inspektoru Elvin Hacıyev sürücülərin iddiaları ilə bağlı bildirir  ki, bu, yanlış məlumatdır.  O qeyd etdi ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər