10 C
Baku
Thursday, December 12, 2024

Qeydiyyata alınmış əmlaklarla bağlı statistika açıqlanıb

Bu ilin on ayında ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artaraq 247 308 olub. Bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 836-sı fərdi yaşayış və bağ evi, 75 224-ü mənzil, 122 073-ü torpaq sahəsi, 2 877-si qeyri-yaşayış binası, 6 631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, 2021-ci ilin on ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Bu dövrdə 13 281 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 15,1% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, Ötən ilin on ayı ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 21,6% artaraq 13 088, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 41% artaraq 3 158 olub.

Cari ilin yanvar-oktyabr ayları ərzində 193 028 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 54,8% artaraq 42 029 olub.

Son xəbərlər
Digər xəbərlər